Kamçatkada 6,2 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, zəlzələnin episentri 22,3 km dərinlikdə yerləşib.
“Yeraltı təkanlar səhər saatlarında Petropavlovsk-Kamçatskidən 154 km məsafədə qeydə alınıb”, – deyə bildirilib.
Məlumata görə, 9 dəqiqə fasilə ilə eyni yerdə 5 bal gücündə daha bir silkələnmə olub.













