İYİ Partiyanın binasına hücum edildi – Meral Akşənərdən ilk açıqlama

İYİ Partiyanın binasına hücum edildi - Meral Akşənərdən ilk açıqlama

Türkiyədə İYİ Partiyanın İstanbulda yerləşən binasına silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, hücum zamanı partiya binasına atəş açılıb, güllə pəncərəyə tuş gəlib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Partiyanın sədri Meral Akşənər hadisə ilə bağlı mətbuata açıqlama verib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

“Meral Akşənəri qorxudacaq adam hələ dünyaya gəlməyib. Qorxmuram”, – o deyib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az