İtkin şəhidlərimiz dəfn edildi – FOTOLAR

İtkin şəhidlərimiz dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Seyidov Vurğun Əlamət oğlunun qalıqları Ağsu rayonunun Kalva kəndinə gətirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Kalva kəndində şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Seyidov Vurğun Əlamət oğlunun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Birinci Qarabağ müharibəsində həlak olmuş Vurğun Seyidovun qalıqları Ağsuda dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində həlak olmuş Vurğun Seyidovun qalıqları Ağsuda dəfn olunub - FOTO

X X X

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rəhimov İlqar Şaiq oğlunun qalıqları Göyçay rayonun Müskürlü kəndinə gətirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, kənddə şəhidlə vida mərasimi təşkil olunub.

Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində iştirak edən Rəhimov İlqar Şaiq oğlunun 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşdüyü ehtimal olunub. Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Birinci Qarabağ müharibəsində şəhid olan İlqar Rəhimovun qalıqları Göyçayda dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində şəhid olan İlqar Rəhimovun qalıqları Göyçayda dəfn olunub - FOTO