İtaliyada helikopter qəzası: iş adamı həlak oldu – FOTO

İtalya'da helikopter düştü, iş insanı öldü

İtaliyanın Parma şəhərinin Kastelquelfo kommunasında helikopter qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, yerli media qəza nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb.

Ölənlərin arasında ölkənin tanınmış iş adamı Lorenzo Rovaqnati də var. Digərlərinin isə pilot olduğu deyilir.

İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti – qatı duman səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

İtaliyada helikopter qəzası: iş adamı həlak oldu - FOTO