İstanbulda meşə yanır – VİDEO

İstanbulda meşə yanır - VİDEO

Türkiyədə İstanbul şəhərinin cənub-şərqindəki Maltəpə bölgəsində meşə yanğını başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bölgəyə xüsusi texnika və yanğınsöndürənlər cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlərin görüldüyü bildirilsə də, təfərrüatlı məlumat verilməyib.

Ölən və yaralananlar barədə də məlumat verilmir.