İstanbula yenə Umerov gedəcək

İstanbula yenə Umerov gedəcək

Ukraynanın keçmiş müdafiə naziri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov İstanbulda Rusiya tərəfi ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri olaraq qalacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko öz Telegram kanalında məlumat verib.

Qeyd edək ki, ötən həftə Ukraynanın keçmiş müdafiə naziri Rustem Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi təyin edilib. Bundan əvvəl Umerovun ABŞ-a səfir təyin ediləcəyi deyilirdi.

Əliyar Xəlil
Globalinfo.az