1668346467 0x0 son dakika taksimde patlama bolgeye cok sayida ekip sevk edildi 1668346122934

Türkiyənin İstanbul şəhərində İstiqlal küçəsində partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, əraziyə çoxlu sayda polis göndərilib.

İlkin məlumata görə, partlayışda 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

Partlayışı canlı bombanın həyata keçirdiyi iddia edilir.

***

İstanbulda baş verən partlayışda ilkin məlumatlara əsasən 4 nəfər ölüb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

O qeyd edib ki, İstiklal küçəsində baş verən partlayışda ilkin olaraq 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb:

“Hazırda hadisə yerində araşdırmalar aparılır”.

***

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

“Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik”, – o tviter hesabında yazıb.

***

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən “Taksim” meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

“Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir”, – deyə F.Oktay bildirib.

Paylaş: