
İsrail müxalifətinin liderlərindən olan Yair Lapid Baş nazir Benyamin Netanyahunu təcili atəşkəsə çağırıb.
Globalinfo.az xəbər verir ki, müxalifət lideri B.Netanyahunu tənqid edərək, onu bütün girovlar ölmədən razılaşmanı imzalamağa səsləyib.
“Brifinqlər, tvitlər kifayətdir. Benyamin Netanyahunun bütün danışıqları sabotaj etmək cəhdləri dayandırılmalı, razılaşma dərhal imzalanmalıdır”, – Y.Lapid bildirib.
Qeyd edək ki, ABŞ da bundan öncə B.Netanyahunu HƏMAS-la dərhal atəşkəs razılaşması əldə etməyə çağırıb. Qərb mətbuatı tərəflərin yeni razılaşmaya yaxın olduqlarını iddia edib.
Yair Lapid İsraildə yeganə siyasətçilərdəndir ki, Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan iki dövlətli həll prinsipini dəstəkləyir.
Əliyar Xəlil
Globalinfo.az














