İsraildən HƏMAS-a gözlənilməz təklif

İsraildən HƏMAS-a gözlənilməz təklif

İsrail Misir vasitəsilə HƏMAS-a Qəzza zolağında müvəqqəti atəşkəs elan olunması və davamlı sülh əldə olunması ilə bağlı danışıqların başlanması barədə təklif göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Al-Qahira Al-Ikhbariya” telekanalı öz mənbələrinə istinadla yayıb.

Məlumata görə, Qahirə artıq HƏMAS-ı bu təşəbbüs barədə məlumatlandırıb və onların cavabını gözləyir.

Aysel Əliyeva
Globalinfo.az