7 cəbhədə savaşırıq, onları da məhv etdik – Netanyahu

7 cəbhədə savaşırıq, onları da məhv etdik - Netanyahu
“İsrailin Yəmən və Livana zərbələri Yaxın Şərqdə qüvvələr balansını dəyişir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz Qəzzada HƏMAS-ı zərərsizləşdirdik, “Hizbullah”a güclü zərbə vurduq, təşkilatın rəhbəri Həsən Nəsrullahı və onların ali komandirlərini sistemli şəkildə məhv edirik. Artıq hər kəs bizə hücum edənlərin nə bədəl ödədiklərini görür”, – o bildirib.

Netanyahu İsrailin hazırda yeddi cəbhədə müharibə apararaq, çətin dövr yaşadığını deyib. Baş nazirin sözlərinə görə, qüvvələr balansının dəyişməsi regionda yeni alyansların yaranmasına gətirib çıxaracaq.

Əliyar Xəlil
Globalinfo.az