
İsrail tankları Qəzza zolağına doğru irəliləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, İsrail Müdafiə Qüvvələrinin tank birləşmələri Fələstin anklavının şimalında yerləşən Beyt Hanun şəhərində təhlükəsizlik səddinə bitişik ərazidə Qəzza zolağına doğru irəliləyir.
“Cursorinfo”nun yaydığı məlumatda isə bildirilib ki, İsrail ordusunun bölmələri Qəzza zolağına daxil olub. Hərbi Hava Qüvvələri, Artilleriya Korpusu və Hərbi Dəniz Qüvvələri hazırda Qəzza zolağında yüzlərlə terrorçu hədəfə zərbələr endirir.
Qeyd edək ki, bu gün Qəzza zolağı oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra ən şiddətli hücuma məruz qalıb. İsrail ordusunun söçüsü Daniel Haqari də Qəzzada quru əməliyyatlarının genişləndiyini söyləmişdi.
Globalinfo.az














