“Qəzza zolağına daha çox quru qoşun qüvvələri göndərilib”.
Globalinfo.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
O, bir neçə HƏMAS komandirinin öldürüldüyünü bildirib:
“Əraziyə əlavə qüvvələr cəlb edilib, fəaliyyətimiz daha da intensivləşəcək. İsrail quru qoşunları Qəzza zolağında HƏMAS-ın mövqelərinə doğru irəliləyir. Əməliyyatlar zamanı HƏMAS-ın Qəzzanın mərkəzindəki dəniz qüvvələrinin lideri Məhəmməd Safadi, tank əleyhinə idarəolunan raket kompleksinin rəhbəri Moumen Hijazi və silah istehsalı ilə məşğul olan yüksəkrütbəli əməkdaşı Məhəmməd Avdallah məhv edilib”.
Qeyd edək ki, CNN-in məlumatına görə, İsrail ordusu Qəzza zolağının daxilinə doğru 3 kilometr irəliləyib.
Ayşən Mustafa
Globalinfo.az














