İsrail Qəzzanı vurdu: 60 ölü, 150 yaralı

İsrail Qəzzanı vurdu: 60 ölü, 150 yaralı

Son sutka ərzində İsrail Ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 60 fələstinli həyatını itirib, 150-dən çox insan yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Telekanalın təqdim etdiyi məlumatlara görə, İsrailin hücumları əsasən Qəzzanın mərkəzi hissəsini hədəfə alıb və həlak olanların sayı artmaqda davam edir – çünki İsrail Müdafiə Ordusu zərbələrini dayandırmayıb.