Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.
Ən çox itki Nuseyrat və Əl-Breyc qaçqın düşərgələrində qeydə alınıb. Burada 18 nəfərin öldüyü, 50-dən çoxunun isə yaralandığı bildirilir.
Yaralılar “Əl-Auda” xəstəxanasına yerləşdirilib.
Məlumata görə, son 24 saat ərzində İsrail ordusu anklavda təxminən 100 hədəfə zərbə endirib.














