İsrail ordusu: Qəzza zolağı ikiyə bölündü

İsrail ordusu: Qəzza zolağı ikiyə bölündü

İsrail ordusu Qəzzanın tamamilə mühasirəyə alındığını açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, ərazinin şimal və cənub hissələrinə ayrıldğı bildirilir.

Məlumata görə, humanitar dəhliz fəaliyyətini davam etdirəcək.

Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Adrai Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində HƏMAS-ın ən mühüm məntəqələrindən birinin ələ keçirildiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az