İsrail Prezidentinin rəsmi qarşılanma mərasimi oldu – VİDEO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Prezidenti İshaq Hersoqun rəsmi qarşılanma mərasimi olub.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsrail Prezidenti İshaq Hersoq və Mixal Hersoqu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.
İsrail və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və İsrail Prezidenti İshaq Hersoq fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İsrail Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İshaq Hersoqun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***10:22

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***09:28

İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana səfərə yola düşüb.

Globalinfo.az xəbər verir ki, İsrail Prezidenti bu barədə tviterdəki hesabında yazıb.

O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsxaq Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, – İsrail Prezidenti qeyd edib.