İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi ərazilərdə nəzarəti bərpa edib.
Globalinfo.az xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Daniel Haqari deyib.
O bildirib ki, hazırda həmin ərazilərdə hərbi əməliyyatlar aparılmır.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.














