Rusiyadan İsrailin hərbi əməliyyatlarına reaksiya

Rusiyadan İsrailin hərbi əməliyyatlarına reaksiya

“Rusiya İsrailin Livana hücumunu pisləyir və hərbi əməliyyatları dərhal dayandırmağa çağırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası həmçinin, İsraili qoşunlarını Livan ərazisindən çıxarmağa və münaqişənin sülh yolu ilə həlli yollarını axtarmağa çağırır.

“Rusiya dost Livanın rəhbərliyi və xalqı ilə həmrəy olduğunu bildirir”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.