İsrail Qəzzada Əl-İbki məscidini bombalayıb.
Globalinfo.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində Qəzza şəhərinin qərbində yerləşən Əl-İbki məscidi tamamilə dağıdılıb.
Hadisə zamanı məscid ətrafında ciddi dağıntılar və yanğınlar qeydə alınıb.
Məscidin vurulması bölgədə böyük rezonans doğurub. Yerli mənbələr bildirir ki, hücum nəticəsində dinc sakinlər arasında ölənlər və xəsarət alanlar var, lakin dəqiq rəqəmlər açıqlanmayıb.
Qeyd edək ki, son günlər İsrailin intensiv bombardmanları nəticəsində Qəzzada yaşayış məntəqələri, sosial obyektlər və dini məkanlar dağıdılır.
Əliyar Xəlil














