İsrail Böyük Britaniyanın Fələstini tanımaq planlarına etiraz etdi

İsrail Böyük Britaniyanın Fələstini tanımaq planlarına etiraz etdi

İsrail Böyük Britaniyanın Fələstin dövlətini tanıya biləcəyi ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Böyük Britaniya baş nazirinin Fələstinin tanınması ilə bağlı mövqeyi qəti şəkildə rədd olunur. İsrail tərəfi bu yanaşmanı regionda vəziyyəti daha da gərginləşdirəcək addım kimi qiymətləndirib:

“Fransa hökumətinin atdığı addımlardan və daxili siyasi təzyiqlərdən sonra Britaniya mövqeyini dəyişib. Bu isə hazırda HAMAS-ı mükafatlandırmaq deməkdir və Qəzzada atəşkəsin əldə olunması, girovların azad edilməsi istiqamətində səylərə ciddi zərbə vurur”.

XİN-in açıqlamasında bu qərarın regionda sülh prosesinə zidd olduğu da vurğulanıb.

Tahir Turan
Globalinfo.az