SEPAH komandiri öldürülüb?

SEPAH komandiri öldürülüb?

“İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaninin vəziyyəti yaxşıdır”.

Globalinfo.az xəbər verir ki, bunu SEPAH-ın Qüds Qüvvələri komandanının müavini İrəc Məscidi deyib.

Onun sözlərinə görə,  Qaani sağlamdır və aktiv şəkildə işinə davam edir.

Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumlarından sonra İsmayıl Qaaninin öldüyünə dair xəbərlər yayılıb.