İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü

İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü

Beynəlxalq koalisiya qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində İŞİD-in liderlərindən biri məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

“Əli ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində gizlənib. Koalisiya qüvvələri evə hava zərbəsi endirib və binanı mühasirəyə alıblar. Ekstremist qaçmağa çalışsa da, yerindəcə zərərsizləşdirilib. Əməliyyatda Suriya və İraqın təhlükəsizlik qüvvələri iştirak ediblər”, – məlumatda qeyd edilib.