İŞİD terror təşkilatının İraq və Suriya üzrə lideri öldürülüb.
Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani məlumat yayıb.
O, “İraq və dünyanın ən təhlükəli terrorçularından biri” adlandırdığı Abdullah Makki Muslih ər-Rufeyinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.
Aysel Əliyeva
Globalinfo.az














