ABŞ-da “Coldplay” rok qrupunun konsertində inanılmaz anlar yaşanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial mediada görüntülər yayılıb.
Belə ki, konsertdə operator təsadüfən “Astronomer IT” şirkətinin rəhbəri Endi Bayronun xəyanətini ifşa edib.
O, HR rəhbəri Kristin Kabotu qucaqlayarkən görüntülənib.
Bayron dərhal Kabotdan uzaqlaşaraq piştaxtanın arxasında gizlənməyə çalışıb. Qadın isə əlləri ilə üzünü örtüb.
Məlumata görə, Endi Bayron öz həmyaşıdı, 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir.
View this post on Instagram
Leyla Əlisoy
Globalinfo.az














