İrəvanın gülünc ssenarisi: “Mayor pulta görə öldü, yaralılarımız var”

İrəvanın gülünc ssenarisi: "Mayor pulta görə öldü, yaralılarımız var"

Ermənistan mediası ötən gün “partlayış zamanı” daha iki hərbçinin yaralandığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, onların vəziyyətinin qənaətbəxş olduğunu bildirilib.

İddia edilib ki, guya yol tikintisi zamanı əraziyə partlayıcı yerləşdirilib, kənardan pult onun işə salınmasına çalışıb. Lakin onun partlamadığını görüb yaxınlaşıblar və bu zaman partlayış baş verib.

Hadisə zamanı biri mayor olmaqla iki hərbçi ölüb, daha ikisi yaralanıb. Ölən 32 yaşlı mayorun Sisiandan olduğu deyilir. O evli olub, və üç övladı var.

Qeyd edək ki, sərhəddə şiddətli döyüşlərin getdiyi vaxtda Ermənistanın ərazidə hansısa yol tikintisi aparmasına iddiasına ermənilər özləri də inanmayıblar. Onlar “yol tikintisində partlayış” xəbərinin hərbi toqquşma itkilərini gizlətmək üçün ssenari olduğunu yazırlar.

Tamerlan Yayaqan
Globalinfo.az