İrəvandan Rusiyaya mesaj: Ermənistanı Qərbə yaxınlaşdırmaq üçün…

“Ermənistanı Avropaya yaxın etmək üzərində işləyəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.

O bildirib ki, Avropa İttifaqı hazırda ABŞ-la birgə Ermənistanın əsas donorudur. Onun sözlərinə görə, Aİ bundan sonra Ermənistanda dayanıqlı və inkişaf proqramı çərçivəsində digər investisiyalar da qoyacaq.

Qeyd edək ki, apreldə AB-ABŞ-Ermənistan görüşündən sonra İrəvana Qərbdən dəstək artıb. Maraqlı məqam AB səfirinin bu açıqlamanı Ermənistan spikeri Alen Simonyanın yaxın zamanlarda AB-yə üzvlüklə bağlı referendum keçirilməsi təklifi fonunda verməsidir.

Globalinfo.az