İrəvandan Rusiyanı qəzəbləndirəcək daha bir addım

Ermənistan Ukrayna ilə bağlı sammitdə iştirak üçün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı İsveçrəyə göndərir.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə, Qriqoryan İsveçrədən Fransaya keçəcək və Parisdə bir sıra rəsmi şəxslərlə görüşəcək. Onun kimlərlə görüşəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, İsveçrədə keçiriləcək sammitə Rusiya və Çin qatılmaqdan imtina edib.

Ermənistanın isə iclasa qatılması ölkə daxilində müxalifətin, eləcə də Rusiyanın narazılığına səbəb olub.

Ümumilikdə İsveçrədəki tədbirə 160 nümayəndə heyəti dəvət edilib.

Əliyar Xəlil
Globalinfo.az