Ermənistan Baş Prokurorluğunun binası qarşısında “Vətən üçün Tavuş” hərəkatının rəhbəri, keşiş Baqrat Qalstanyanın tərəfdarları ilə polis arasında toqquşma yaşanıb.
Globalinfo.az xəbər verir ki, Baqratın tərəfdarları prokurorluğun önündə Ermənistanın Baş naziri Nikol Paşinyanın müqəvvasını yandırmağa cəhd ediblər.
Polis dərhal hadisə yerinə gəlib və buna mane olub. Müqəvvanı etirazçıların əlindən almaq istəyərkən gərgin gərgin anlar yaşanıb və baş nazirin müqəvvası parçalanıb.
Bundan sonra “rüsvayçılıq, satqınlar” şüarları səsləndirilib.
Qeyd edək ki, Baqrat Qalstanyan və tərəfdarları Nikol Paşinyana qarşı cinayət işinin açılmasını tələb edirlər.
Əliyar Xəlil
Globalinfo.az














