İrəvanın mərkəzi meydanında keçirilən kütləvi aksiyalar günlərdir ki, davam edir.
Globalinfo.az xəbər verir ki, meydanda aksiyanın rəhbərlərindən olan Ermənistanın müxalifət lideri Andranik Tevanyan Baş nazir Nikol Paşinyanın yerinə namizədin olduğunu açılayıb:
“Baş nazir postuna namizədimiz var. Hər şey zamanı gələndə təqdim olunacaq. Bunu açıqlamamağımız prosesin gizli saxlanıldığı mənasına gəlməməlidir. Sadəcə burada məntiqi bir gedişat var”.
Qeyd edək ki, Qarabağdakı separatçıların təslim olduğu açıqlandığı andan etibarən Ermənistanda kütləvi aksiyalar keçirilir. İnsanlar bütün günahın Paşinyanda olduğunu bildirərək, onu istefaya səsləyirlər.
Ayşən Mustafa
Globalinfo.az














