İrəvana növbəti təkliflər verildi: Bakı bu dəfə…

“Azərbaycan dəfələrlə Ermənistan sülh sazişi ilə bağlı təkliflərini göndərib. Konkret fikirlər təqdim edilib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu maddələrin dəyişdirilmədən sülh müqaviləsinə bağlanmayacaq. Ancaq İrəvan məsələni dünyaya fərqli cür təqdim etməyə çalışır”.

Bu sözləri Globalinfo.az – a politoloq Zeynal Əmirəliyev Azərbaycanın Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan onuncu dəfədir ki, Ermənistana bu barədə təkliflər göndərir:

“İrəvanla açıq qalan kifayət qədər məsələ var. Anklav kəndlər, Ermənistan konstitusiyasındakı maddələr, Qərbi Azərbaycandan olan soydaşlarımızın dədə-baba torpaqlarına qayıtması, Zəngəzur dəhlizinin açılması kimi məsələlər öz həllini tapmalıdır. Ermənistan tərəfdən bununla bağlı xoşməramlı addımlar görməliyik.


Zeynal Əmrəliyev

Ceyhun Bayramovun fikirləri tamamilə doğrudur. Ancaq dediyim kimi Ermənistanın atması gərəkən addımlar var. İrəvan bunları etmədən hansısa sülhdən danışmaq əsassızdır. Təəssüflər olsun ki, Ermənistan daxilində hələ də Azərbaycanla sülh istəməyən qüvvələr var. Məsələn, müxtəlif xarici qüvvələrin təsiri altına düşmüş Tavuşun keşişi Baqrat Qalstyan Ermənistanı qarışdırıb təxribatçılıq etməklə məşğuldur. Onların məqsədi həm Ermənistanı daxildən qarışdırmaq, həm də Azərbaycanla sülh prosesinə mane olmaqdır. Ancaq baş verəcək bütün hadisələrə görə Paşinyan məsuliyyət daşıyır.

Ermənistan hökuməti onların qarşısını almalıdır. Regionda sülh ən çox Ermənistana lazımdır. Buna görə İrəvanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur”.

Turan Rzayev
Globalinfo.az