İrəvan iki böyük gücün arasında sıxışdı: “Konkret addım tələb edirlər”

“Avropa Komissiyasının yeni tərkibi Ermənistan üçün sərfəlidir, çünki onlar İrəvanın üzvlüyü məsələsinə razıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu Azadlıq Radiosunun Avropa məsələləri üzrə eksperti Rikard Yozviyak deyib.

Lakin Yozviak Avropanın bəzi ölkələrində formalaşan parlament və hökumətlərin İrəvanın xeyrinə olmadığını bildirib:

“Mən Brüsseldə tez-tez bunu eşidirəm. Onlar deyirlər ki, biz sizin Rusiya orbitinizi tərk etməyinizlə bağlı konkret addımlar görmək istəyirlər. Bu o deməkdir ki, siz KTMT-dən çıxmalısınız, siz Gömrük İttifaqını tərk etməlisiniz. Onlar çox inanırlar ki, Ermənistan həqiqətən bu yolu Rusiya ilə getmək istəyirlər. Məsələ odur ki, onların çoxu 2013-cü ilin kölgəsində yaşayırlar çünki ondan Ermənistan assosiativ üzvlüklə bağlı razılaşmanı imzalamalı idi, amma son anda buradan çıxdı. Danışmazdan əvvəl hərəkət etməlisiniz. Ermənistanın Qərbə kurs götürdüyünü qəbul etməkdən ötrü onlar ilk növbədə bunu görmək istəyirlər” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az