“İrəvan bir aya Bakı ilə sülh sazişi imzalamağa hazırdır” – Xandanyan

“İrəvan bir ay ərzində Bakı ilə sülh sazişi bağlamağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Sarkis Xandanyan deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət Cənubi Qafqazı diqqətdən kənarda qoymamalı və regionda gedən proseslərə cəlb edilməlidir.

“Beynəlxalq ictimaiyyətin proseslərdə iştirakı vacibdir, regiona diqqət sabitliyin açarıdır. Siz bizim regionumuzu görməməzliyə vurduqda, sülh və sabitlikdə maraqlı olmayan digər aktorlar öz təsirlərini artırırlar. Bu da təhlükəsizlik vəziyyətini pisləşdirir”, – Xandanyan bildirib.

O, bir ay ərzində Azərbaycanla sülh müqaviləsi bağlamağın mümkünlüyünü diqqətə çatdırıb.

“Sülh sazişi bir-birinin ərazi bütövlüyünün tanınmasını və istənilən iddiadan imtinanı nəzərdə tutur”, – deyə Xandanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az