İranın eks-liderləri azərbaycanlını ölkənin prezidenti seçməyə çağırdılar

İranın keçmiş prezidenti Həsən Ruhani əhalini əslən azərbaycanlı olan Məsud Pezeşkiana prezident seçkisində səs verməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, Ruhani Pezeşkianın Qərblə İranı barışdıracağını bildirib.

“Mən dünyanın qalan hissəsi ilə konstruktiv münasibətlər qurmaq istəyənlərdən xahiş edirəm ki, Pezeşkiana səs versinlər.

O seçiləcəyi halda ABŞ və Avropa ilə imzalanmış nüvə sazişini uzadacaq” – deyə o bildirib.

O, azərbaycanlı siyasətçinin İrana qarşı sanksiyaları ləğv etmək gücündə olduğunu söyləyib.

Ruhaninin çağırışına İranın daha bir keçmiş prezidenti Məhəmməd Xatəmi də qoşulub.