İranlı diplomat Britaniya XİN-ə çağırıldı

İranlı diplomat Britaniya XİN-ə çağırıldı

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, buna səbəb Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin həftə sonu İran hakimiyyəti tərəfindən edam edilməsi olub.

Xarici işlər naziri Ceyms Kleverli bildirib ki, İran qəddar repressiyalara son qoyub xalqın qayğılarını dinləməlidir.

“Bu gün mən İranın müvəqqəti işlər vəkilini həftə sonunda şahidi olduğumuz iyrənc edamları ən sərt şəkildə pisləmək üçün çağırdım”, – deyə nazir bildirib.