İranın taleyi həll edilir: son iki nəfər sağ qaldı – Kim seçiləcək?

İranda sabah baş tutacaq seçkilər təkcə prezidentin dəyişməsi yox, həm də Əli Xameneinin xələfi məsələsi ilə bağlı çox şeyin həll edilməsi anlamına gələcək.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “İran İnternational” saytı çıxış edib.

Sayt yazır ki, sabahkı seçkidə Məhəmməd Baqer Qalibafın seçilməsi Xameneinin oğlu Möctəbanın ali dini lider vəzifəsinə yolunu açacaq.

Sayt xatırladır son 20 ildə Xameneinin xələfləri sırasında bir neçə nəfərin adı çəkilirdi. Siyahıda Əkbər Haşemi Rəfsəncani, Mahmud Haşemi Şahrudi, Məhəmməd Məhəmmədi Rayşəhri, Sadeq Laricani, İbrahim Rəisi və Möctəba Xameneinin adları var idi. Onlardan cəmi iki nəfər sağ qalıb. Rəfsəncani, Şahrudi, Rayşəhri və Rəisinin hər biri özünəməxsus şəkildə olüblər:

“Bunlardan ikisi – Rəfsəncani və Rəisinin ölümü ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir qrup isə iki şəxsin fiziki şəkildə ortadan qaldırıldığını düşünür. Yalnız Sadiq Amoli Laricani sağ qalıb ki, o da hazırda Məqsədəuyğunluq Şurasına rəhbərlik edir. Lakin onun adının Əkbər Tabari korrupsiyası işi, məhkəmə hakimiyyətinin keçmiş rəhbəri Məhəmməd Yəzi ilə yazışmaları və digər məsələlər onun liderlik şanslarını sıfıra bərabər edib. Ortada qalan yeganə variant isə Möctəba Xameneidir. Rəisinin ölümü isə taxtın varisi məsələsini əhəmiyyətli dərəcədə həll edib və praktiki olaraq rəqabət aparmaq imkanı qalmayıb”.

Lakin sayt onu da qeyd edir ki, Rəisinin ölümündə sonrakı seçki ali dini rəhbər vəzifəsinin taleyi ilə bağlı məsələyə təsir etmir, amma bu seçkidən sonra Rəisinin ölümünə bənzər yeni insident baş versə, vəziyyət dəyişə bilər. Digər tərəfdən isə seçkidə Möctəbanın namizədliyinə problem yaradacaq yeganə sima Əli Laricanın da iştirak etməməsi bütün təhlükələri ortadan qaldırır. Qeyd edilir ki, Laricani prezident seçilsəydi öz qardaşı Sadeq Laricaninin namizədliyinə lobbiçilik edə bilərdi.

Sabahkı seçkiyə toxunan “İran İnternational” hazırda 3 namizəd Məhəmməd Baqer Qalibaf, Məsud Pezişkiya və Səid Cəlilinin şanslarının çox olduğunu bildirib. Belə ki, üç namizəddən Qalibafın fundamentalistlər və SEPAH-ın böyük hissəsi tərəfindən dəstəkləndiyi vurğulanıb. Bu fonda Pezeşkiana reformistlər, Cəliliyə isə radikal fundamentalistlər və onların gənclər qanadları dəstək veriblər. Qalibaf Cəlilinin Xamenei üçün ən uyğun namizəd olduğunu bildirən sayt, Pezikianın da indiki situasiyada Xameneinin işinə yaradığını qeyd edib:

“İslam respublikasının strukturundan liderdən sonra birinci şəxs prezidentdir. Praktikada prezident ali dini liderin, onun ofisinin və SEPAH-ın “işçisi” olmalıdır. Məsud Pezişkiyan belə personajdır. O mübahisə etməyi sevmir, onun dəqiq siyasi qırmızı xətləri yoxdur, o ancaq ümüumi cümlələrlə danışıb, yandan keçməyi xoşlayır. O həmçinin SEPAH-a inanır və güvənir, hətta məcburin hicabın da tənqidçisi deyil. Sadəcə hökumətin bir qismi ilə məcbur hicab metodları barədə razılaşmır, amma bunun üçün də mübarizə aparmır. Pezeşkian bir neçə dəfə deyib ki, o ali dini liderin siyasətinin icraçısıdır. Bu da onun şəxsiyyətini İranın indiki daxili və xarici siyasi vəziyyətində Xamenei üçün arzuedilən seçim edir. Belə ehtimal da var ki, Xameneinin varisliyi məsələsi Pezeşkian hökuməti vasitəsilə həll ediləcək. Hökumətin gücsüz olduğunu hər kəs deyir. Məsələ Ruhani deyirdi ki, o bütün nazirlərini Xameneinin fikri ilə seçirdi. İshaq Cahangiri (vitse-prezident) isə açıq şəkildə bəyan edir ki, onun hətta öz katibini dəyişmək səlahiyyəti belə yoxdur. Əhmədinejata isə öz ofisinin rəhbərini seçmək şansı belə verilməmişdi”.

Məqalədə o da qeyd edilir ki, Pezeşkianın seçki qərargahına təyin edilən cavabdeh şəxslərdən reformistlərə yenə güzəşt edilməyəcəyi görülür. Bununla bərabər sayt bildirir ki, İranda son 20 ildə baş verən etirazlardan və iğtişaşlardan sonra reformistlər çox sındırılıb və sosial bazalarını itiriblər. Lakin indi Xameneinin reformistlər və konservatorlar arasında süni rəqabət yaratmaqla görüntü yarada biləcəyi qeyd edilib:

“Digər tərəfdən Trampın Ağ Evə geri dönüşü İran üçün şəraiti çətinləşdirə və Tramp üçün Tehrana qarşı maksimal konsensus imkanı yarada bilər. Pezeşkianın prezidentliyi ABŞ-ın işini çətinləşdirəcək”.