“İran Kirman şəhərində törədilən terror hadisəsinin arxasında Türkiyənin olduğuna inanır”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni iranşünas Vardan Voskanyan çıxış edib.
“Ona görə də Tehranın Suriyada vurduğu hədəflər arasında Türkiyənin dəstəklədiyi “Türküstan İslam Partiyası” hərəkatının mövqeləri də yer alıb. İranın İraqda vurduğu hədəflərdən biri də İsrail infrastrukturu idi. İsrailin Azərbaycanla yaxınlığını da nəzərə alaraq artıq Tehranın hədəfləri sırasında Bakının da olduğunu deyə bilərik. Xatırladaq ki, Azərbaycanda İrana işləməkdə ittiham edilərək saxlanılanlar var”, – V.Voskanyan bildirib.
Ayşən Mustafa
Globalinfo.az













