ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İranın nüvə proqramına qarşı iyun ayında həyata keçirilən hava zərbələrinin zəruri olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu fikrini Aspen Təhlükəsizlik Forumundakı çıxışında səsləndirib.
Sallivana görə, Donald Trampın prezidentliyi dövründə İran 1979-cu ildən bəri ən zəif mövqedə olub və nüvə proqramını məhdudlaşdıracaq razılaşmaya açıq idi. O, həmçinin Co Bayden administrasiyası dövründə də diplomatik yolla problemin həllinə imkanın olduğunu vurğulayıb.
“Məncə, İranla danışıqlar yolu ilə daha sabit və davamlı nəticə əldə etmək mümkün ola bilərdi. Hücumlar isə bu fürsəti əldən aldı”, – deyə Sallivan qeyd edib.
Tahir Turan
Globalinfo.az














