İran İsrailin bir neçə qırıcı və pilotsuz təyyarəsini vuraraq, onun respublikaya hücumunu dəf edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu iddianı İran parlamentinin üzvü Əbülfəzl Zöhrəvənd səsləndirib.
Qeyd edək ki, İsrail ordusu İrana hücum zamanı F-35-lər də daxil olmaqla, 100-dən çox qırıcıdan istifadə etdiyini və onların hamısının əməliyyat bitəndən sonra öz bazasına qayıtdığını elan edib. Eyni zamanda, İsrailin İrana zərbələrində PUA-lar iştirak etməyib, qırıcılar isə 2 min km məsafədən hücum həyata keçirib.
Bu baxımdan İranın sərhədindən 2 min km kənarda İsrail qırıcısını vurması artıq gündəmə çevrilməliydi.













