Tramp ona sui-qəsdə cəhd edən ölkənin adını açıqladı

Tramp ona sui-qəsdə cəhd edən ölkənin adını açıqladı

“İrandan həyatıma böyük təhdidlər var”. 

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp “X” platformasında paylaşım edib.

Tramp təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görüldüyünü bildirib:

“Bütün ABŞ ordusu vəziyyəti yaxından izləyir və gözləyir. İranın bir neçə işə yaramayan həmləsi oldu, lakin yenə cəhd edəcəklər. Bu, heç bir tərəf üçün yaxşı situasiya deyil. Hazırda daha əvvəl heç görmədiyim qədər insan və silah təhlükəsizliyim üçün səfərbər edilib. Respublikaçılar və demokratların bir mövzuda həmfikir olmaları gözəldir”.

Ayşən Mustafa
Globalinfo.az