İranda zəhərlənən məktəblilərin sayı artır

İranda zəhərlənən məktəblilərin sayı artır

İranın Səfadəşt şəhərindəki Esmət liseyi və Höccət ibtidai məktəbinin bir neçə şagirdi dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, ümumilikdə son 3 ayda müxtəlif şəhərlərdəki məktəblərdə yüzlərlə şagird zəhərlənmə səbəbindən xəstəxanaya müraciət edib.

Son araşdırmalarda bu zəhərlənmələrin zəhərli qazla kimyəvi hücumlar nəticəsində baş verdiyi müəyyən edilib.