İranda sosial media qadağası götürüldü

İranda sosial media qadağası götürüldü

İranda  “WhatsApp”və “Google Play”ə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi açıqlama verib.

İranda hakimiyyətin hər üç qolunun rəhbərlərinin, nazirlərin və Virtual Məkana Nəzarət Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclasda bu haqda müsbət qərar qəbul edilib.

Xatırladaq ki, İranda sosial media qadağası 22 yaşlı Məhsa Əmininin 2022-ci il sentyabrın 16-da məcburi hicablanma qaydasını pozduğu iddiası ilə həbs olunduqdan sonra vəfatının ardınca artan etirazlar fonunda tətbiq edilmişdi.