İranın Mərkəzi vilayətində yerləşən Xomeyn şəhərində hərbçilərin açdığı atəş nəticəsində üç mülki şəxs həyatını itirib.
Globalinfo.az xəbər verir ki, hadisə iyulun 18-də axşam saatlarında baş verib. Məlumata görə, hərbi mərkəzin təhlükəsizlik qüvvələri yoldan keçən iki avtomobildən şübhələnib və xəbərdarlıq etmədən atəş açıblar.
Güllələnən şəxslərin hamısının mülki insanlar olduğu təsdiqlənib. Xomeyn şəhərinin inqilab və ümumi prokuroru insidentlə bağlı açıqlama verərək hadisəni təsdiqləyib. Onun sözlərinə görə, atəş açan hərbçilər artıq saxlanılıb və hazırda istintaq aparılır.
Tahir Turan
Globalinfo.az














