
“İrana qarşı sanksiyalar bərpa olunur”.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya XİN başçısı Yohan Vadeful məlumat yayıb.
Almaniyalı nazir Avropanın İranla nüvə proqramı ilə bağlı danışıqlarının nəticəsiz qalmasından sonra BMT-nin Tehrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
O deyib ki, Avropa danışıqlar yolu ilə nizamlanma üçün çoxsaylı imkanlar təklif edib, lakin İran onlardan istifadə etməyib.













