İran Zəngəzura görə Rusiyaya raket vermir? – Tarasov açıqladı

İran Zəngəzura görə Rusiyaya raket vermir? - Tarasov açıqladı

“İranın Rusiyaya raket verdiyinə dair məlumatlar doğru deyil, bu, Qərbin yaydığı mifdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.

Politoloq Rusiyanın heç bir ölkədən raket almadığını bildirib:

“Özümüz raket istehsal edirik. Bu kompleksləri İrandan, Koreyadan aldığımıza dair məlumatlar həqiqəti əks etdirmir, bunlar Qərbin yaydığı mifdir. Sadəcə dronlarla bağlı problemimiz var idi, ola bilsin, Tehran bu məsələdə hansısa dəstək göstərib.

Zəngəzur dəhlizi isə əsasən Mərkəzi Asiyadan Türkiyəyə birbaşa tranziti nəzərdə tutur. Əslində, Rusiya bu məsələdə elə də israr etmir. Bizim üçün əsas “Şimal-Cənub” dəhlizinin fəaliyyətidir. Türkiyəyə daşımaları Gürcüstan və Azərbaycan vasitəsilə həyata keçirə bilərik”.

Qeyd edək ki, İranın Rusiyaya raket kompleksi satmağa hazırlaşdığı, lakin Zəngəzur dəhlizi məsələsində yaranan gərginliki səbəbindən bunu gecikdirdiyinə dair məlumatlar yayılıb.

Ayşən Mustafa
Globalinfo.az