İran XİN başçısı və müavini Azərbaycana gəlir

4bppa429eff8ff14qdt 800C450

İran xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana gəlir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə bazar günü “Fars” agentliyi məlumat yayıb.

Nəcəfi yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.

Həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq.

Agentliyin məlumatına görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da şəxsən iştirak etməyi planlaşdırır.