İran Təhlükəsizlik Şurası mühüm bəyanat yaydı

İran Təhlükəsizlik Şurası mühüm bəyanat yaydı

İranın əldə etdiyi məxfi sənədlər İsrailin gizli nüvə infrastrukturunu hədəf almağa imkan verir.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanatda bildirilir.

Bu açıqlama İslam Respublikasının İsrailin mümkün hücumuna miqyaslı zərbə endirə biləcəyini göstərir.

“Hazırda İranın apardığı kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində əldə etdiyi məlumatlar İsrailin ehtimal olunan hücumlarına cavab olaraq onun gizli nüvə infrastrukturlarına dəqiq zərbələr endirməyə imkan verir”, – deyə Şuranın bəyanatında vurğulanır. Bu bəyanatı dövlətə məxsus IRIB kanalı yayımlayıb.

Qeyd edək ki, iyunun 7-də “Tasnim” agentliyi İran xüsusi xidmət orqanlarının İsrailin nüvə proqramına dair məxfi sənədlər arxivini əldə etdiyini bildirmişdi. Ertəsi gün İranın kəşfiyyat naziri Əsmail Xatib bu sənədlərin tezliklə ictimaiyyətə açıqlanacağını elan edərək onları “səlnamə dəyərində xəzinə” adlandırmış və qeyd etmişdi ki, bu materiallar İranın hücum potensialını gücləndirəcək.

Aysel Əliyeva
Globalinfo.az