“İran Rusiyaya ballistik raketlər verməyib”.
Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Araqçi “X” hesabında yazıb.
“ABŞ-la “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) yanlış kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər?
Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, – Araqçi bildirib.













