İran Prezidentinin vəziyyəti ilə bağlı məlumat silindi

İran Prezidentinin vəziyyəti ilə bağlı məlumat silindi

“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı haqda xəbəri silib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl “Mehr” agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.

Lakin agentliyin son məlumatında dövlət rəsmilərinin sadəcə helikoperin göyərtəsində olduqlarına dair məlumat qeyd edilib.