İran Prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edə bilər.
Globalinfo.az xəbər verir ki, səfər baş tutarsa, danışıqların əsas mövzularından biri terrorla mübarizə olacaq.
Xatırladaq ki, İ.Rəisinin Türkiyəyə noyabrın 28-nə planlaşdırılan səfəri təxirə salınmışdı.













