“İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs edam edilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb.
Bildirilib ki, məhkum MOSSAD kəşfiyyat xidməti ilə əlaqə saxlayıb və mütəmadi olaraq İranda müəyyən şəxslər haqqında məxfi məlumatlar ötürüb:
“O, ölkənin hərbçiləri, siyasətçiləri və ictimai xadimləri haqqında bilgiləri Fars körfəzi ölkələrindən birində olan idarəçisinə göndərib”.
Qeyd edək ki, İsraillə münaqişənin kəskinləşməsindən sonra İran MOSSAD-la əməkdaşlıqda şübhəli bilinərək ən azı 22 nəfəri həbs edib.
Əliyar Xəlil
Globalinfo.az














